VHP ilk siyahısını açıqladı: Rüstəmxanlının adı yoxdur

2-09-2015, 22:05           
VHP ilk siyahısını açıqladı: Rüstəmxanlının adı yoxdur
Vətəndaş Həmrəyliyi Partiyası indiyə qədər sənədlərini DSK-lara təqdim etdiyi namizədlərinin siyahısını açıqlayıb.

VHP mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu günə kimi aşağıdakı üzvlərin namizədliyi DSK-lara təqdim edilib:

1. Abdullayev Abdulla Aydın oğlu - 4 saylı Naxçıvan şəhər Dairə Seçki Komissiyasından

2. Salmanov Coşqun Şakir oğlu - 10 saylı Binəqədi üçüncü Dairə Seçki Komissiyasından

3. Əsədli Samir Şakir oğlu - 11 saylı Qaradağ Dairə Seçki Komissiyasından

4. Həsənov Elşən Şirzad oğlu (SP sədri) - 16 saylı Yasamal ikinci Dairə Seçki Komissiyasından

5. Ələkbərov Felmar Əli oğlu - 19 saylı Nərimanov birinci Dairə Seçki Komissiyasından

6. Qurbanova Aygün Fuad qızı - 20 saylı Nərimanov ikinci Dairə Seçki Komissiyasından

7. Cəfərli Real Əliqulu oğlu - 29 saylı Səbail Dairə Seçki Komissiyasından

8. Ağaevli Əli Hacı oğlu - 34 saylı Xətai ikinci Dairə Seçki Komissiyasından

9. Əliyev Elman Tahir oğlu - 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Dairə Seçki Komissiyasından

10. Cəfərov Kazım Fikrət oğlu - 76 saylı Lənkəran-Astara Dairə Seçki Komissiyasından

11. Mahmudov Valeh Knyaz oğlu - 87 saylı Ağsu-İsmayıllı Dairə Seçki Komissiyasından

12. Əliyev Mehman Mahmud oğlu - 105 saylı Tovuz Dairə Seçki Komissiyasından

13. Həsənova Dürdanə Məhəmmədəli qızı - 106 saylı, Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən

14. İsmayılov Anar Kamandar oğlu - 108 saylı Ağstafa Dairə Seçki Komissiyasından.

Xatırladaq ki, Dairə Seçki Komissiyaları namizədlərin sənədlərini sentyabrın 1-dən qəbul etməyə başlayıb.

VHP-nin açıqladığı ilkin siyahıda hazırda millət vəkilləri olan VHP sədri Sabir Rüstəmxanlının, VHP sədrinin müavini Fəzail İbrahimlinin və Rafail Hüseynovun adı yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.