"Babalarımı öldürən canilər hazırda soydaşlarımızı öldürürlər" - Anar Bağırov

2-07-2025, 08:38           
"Babalarımı öldürən canilər hazırda soydaşlarımızı öldürürlər" - Anar Bağırov
Rusiyanın güc strukturları tərəfindən azərbaycanlılara qarşı törədilənlərin əsl adı vəhşilikdir, qeyri-insani rəftardır, barbarlıqdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, Rusiyada hüquq mövcud deyil, orada istənilən şəxsi küçədə döyüb alçaldırlar, milli mənsubiyyətinə, peşə fəaliyyətinə görə insanlar öldürülür, döyülür, işgəncəyə məruz qalırlar: "Dövlətin güc strukturları işgəncə makinasına çevrilib, cəlladlar qanun üzərində rəqs edirlər. 1937-ci ildə üç babam millətçilikdə ittiham olunaraq "xalq düşməni" adlandırılıb və Stalin repressiyasına uğrayaraq ölüm düşərgələrində öldürülüb. Görünən odur ki, 90 il keçsə də, heç nə dəyişməyib. Babalarımı öldürən canilər hazırda soydaşlarımızı öldürürlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru