Statistika aldadır: Əmək bazarında kişi böhranı – GERÇƏKLƏR

Bu gün, 00:05           
Statistika aldadır: Əmək bazarında kişi böhranı – GERÇƏKLƏR
2025-ci ilin iyununa olan məlumata əsasən, ölkədə 229,9 min nəfər işsiz kimi qeydə alınıb və onların yarıdan çoxunu kişilər təşkil edir. Bu vəziyyət kişilərin əmək bazarında daha çox çətinliklə üzləşdiyini göstərir. Kişilərin işsizlik səviyyəsinin yüksək olmasının əsas səbəbləri nə ola bilər?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova bildirib ki, Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunan bu statistik göstərici real deyil. İlk növbədə bu onunla əlaqədardır ki, regionlarda, rayon və kəndlərdə yetəri qədərh əmək fəaliyyəti ilə məşğul olan, əmək qabiliyyətli əhali məskunlaşıb. Xüsusilə də kişilər.

G. Hüseynovanın sözlərinə görə, həmin insanlar həm heyvandarlıq həm də bitkiçilik kimi fəaliyyətlərlə məşğul olurlar. Statistikada qeyd olunmasa da həmin bu şəxslər gəlir əldə edirlər. Lakin rəsmi iş olmadığı üçün statistik göstəricilərdə bu əks olunmayıb. Bundan əlavə, son illərdə iş üçün ölkə xaricinə gedən şəxslərin sayı olduqca artıb. Həmin şəxslərin də qeydiyyatı olmadığı üçün və həmin şəxsləri ölkə daxilində statistika komitəsi tərəfindən qeyd etmək mümkün olmadığı üçün bu şəxslər də işsiz statusuna malik olur. Ona görə də statistik göstəricilər qeyri-real rəqəmlərdir.

İqtisadçı qeyd edir ki, kişilərin iş qabiliyyətinə qaldıqda isə cəmiyyətdə qadına daha çox iş tapa bilirlər. Bu müxtəlif səbəb və amillərlə əlaqədardır. Həm onların savad və bacarığı, həm də iş sahəsinə daha həvəsli və məsuliyyətli olması və s. bağlıdır.

Günay Hüseynova sonda qeyd edib ki, ölkəmiz qeyri-neft sektorunda, zəruri ehtiyac mallarında daxili təlabatı qarşılamaq biz müəyyən məhsulları ölkə xaricindən idxal edirik. İdxaldan asılı olduğumuz üçün də müəyyən fabrik və zavodlar bizdə fəaliyyət göstərmir. Həmin bu sahələr də kişilərin işləyə biləcəyi sahələrdir. Ağır sahənin istehsalında kişi qüvvəsinə ehtiyacımız var. Bizdə bu sahələr olmadığı üçün kişilər işsiz qalaraq Rusiya, Türkiyə, Almaniyaya üz tuturlar.

Dəniz Pənahova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.