FTX-nin saxladığı Şıxlinskinin oğlundan AÇIQLAMA
Bu gün, 00:17

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıqlama verib.
TEREF Teleqraf-a istinadən xəbər verir ki, M.Şıxlinski saxlanılarkən atasının yanında olduğunu bildirib.
O, açıqlamasında deyib:
“Həbsdən öncə bir neçə gün tünd rəngli maşın bizi izləyirdi. Atamla “Baku Plaza”ya tərəf gedəndə yolumuzu kəsib, şüşələri sındırmağa başladılar. Əvvəlcə bunun hücum olduğunu düşündüm, qorxdum və geri çəkildim. Sonra bizi maşından çıxartdılar. İkimizin də vəkil olduğumuzu izah etməyə çalışdım və saxlanılmağımızın səbəbini soruşdum. Mənə dedilər ki, sus. 3-4 dəqiqədən sonra məni buraxdılar və atamı Sverdlovsk vilayətinin İstintaq Komitəsinə apardılar. Onu şahid qismində cəlb ediblər, əvvəllər bu işdə şahid qismində ifadə verib və onun statusu dəyişməyib. Mən başa düşə bilmirəm ki, onlar hansı əsasla şahidi Rusiya Federasiyasının İstintaq Komitəsinə bu şəkildə aparmaq qərarına gəliblər. Hesab edirəm ki, bu, vəzifə səlahiyyətlərindən sui-istifadədir, bizə qarşı qanunsuz hərəkətlərdir".
M.Şıxlinski onu da qeyd edib ki, saxlanılarkən atasına hansı işgənclərin verilməsindən xəbərsizdir: "
Mən ayağımdan yüngül xəsarət almışam".
Bildirilir ki, Şahin Şıxlinski iyunun 27-də həbs edilən Səfərov qardaşlarına qarşı cinayət işi üzrə şahid qismində ifadə verib.