Uşaqlar üçün ən zərərli qidalar hansılardır?
Dünən, 17:58

Uşaqların orqanizmi inkişaf mərhələsində olduğu üçün bəzi qidalar onlara xüsusilə zərərli ola bilər. Bu cür məhsullar uşaqlarda həm fiziki, həm də zehni inkişafı ləngidə, immun sistemini zəiflədə və gələcək sağlamlıq problemlərinə zəmin yarada bilər. Foodinfo.az uşaqlar üçün ən zərərli hesab olunan qidaları təqdim edir:
– Qazlı və şəkərli içkilərYüksək miqdarda şəkər və turşu ehtiva edir. Diş minasını zədələyir, piylənməyə və şəkər xəstəliyinə səbəb ola bilər. Ayrıca kafein tərkibli içkilər sinir sisteminə mənfi təsir edir.
– Hazır şokolad və konfetlərSüni rəngləndiricilər, dadlandırıcılar və yüksək fruktoza tərkibli siroplar uşaq beyninə təsir edir, diqqət pozğunluğu və hiperaktivlik riskini artırır.
– Cips və fast food məhsullarıTrans yağlar, duz və qatqılarla zəngindir. Həzm sistemini yükləyir, piylənmə, ürək-damar və qaraciyər problemləri yarada bilər.
– Sosiska, kolbasa və digər emal olunmuş ətlərNitratlar, qoruyucu maddələr və duzla zəngindir. Bu maddələr xərçəngə qədər gedə biləcək risklər daşıyır və böyrəklərə yük salır.
– Hazır paketlənmiş tortlar, kekslər, kruassanlarTərkibində həm şəkər, həm də hidrogenləşdirilmiş yağlar olur. İmmuniteti zəiflədir, həmçinin doyma hissini pozur və uşaq daha çox yemək istəyir.
– Yoqurt və süni meyvə şirələriÇox vaxt tərkibində meyvə yox, dadlandırıcı və rəngləndiricilər olur. Təbii görünür, amma faydası az, ziyanı çoxdur.– Enerji içkiləriUşaqlara qətiyyən olmaz. Yüksək kofein və şəkər tərkibli olduğu üçün ürək ritmini poza və ciddi sinir sistemi fəsadları yarada bilər.
– Süni saqqız və şirniyyatlarAspartam və digər süni dadlandırıcılar beyinə təsir edir. Uzunmüddətli istifadədə davranış problemləri və asılılıq riski yarada bilər.Uşaqların menyusunda mümkün qədər təbii, evdə hazırlanmış, az işlənmiş, vitamin və mineral baxımından zəngin qidalar yer almalıdır. Sağlamlıq vərdişləri uşaq yaşda formalaşır, bu da gələcək həyat keyfiyyətini birbaşa təsir edir.