Rusiya fövqəladə vəziyyət elan etdi – TƏCİLİ

Bu gün, 00:14           
Rusiya fövqəladə vəziyyət elan etdi – TƏCİLİ
Rusiyanın Udmurtiya bölgəsində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumdan sonra fövqəladə vəziyyət rejimi tətbiq olunub.

TEREF bildirir ki, Globalinfo.az-ın verdiyi xəbərə görə, bu barədə regionun rəhbəri Aleksandr Breçalov özünün rəsmi “Telegram” kanalında məlumat yayıb.

Breçalov qeyd edib ki, vəziyyət nəzarət altındadır, lakin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə fövqəladə rejim tətbiq edilib. O, əhalini rəsmi mənbələrdən yayılan məlumatları izləməyə və təxribat xarakterli xəbərlərə inanmamağa çağırıb.

Hazırda hücum nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə əlavə məlumat verilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.