Kim Çen In Rusiya-Ukrayna müharibəsində həyatını itirən əsgərləri ilə vidalaşıb

2-07-2025, 09:34           
Kim Çen In Rusiya-Ukrayna müharibəsində həyatını itirən əsgərləri ilə vidalaşıb
Şimali Koreyada Rusiyanın Ukraynaya qarşı müharibəsində həlak olan əsgərlərinin xatirəsini yad etmək üçün ilk ictimai mərasimi keçirilib.

Demokrat.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In ölkə bayrağına bükülmüş 6 tabutu qucaqlayaraq dayanıb. Daha sonra onun sükut içində dayandığı görüntülər nəhəng ekranlarda əks olunub.Səhnə Şimali Koreyanın Ukraynadakı münaqişədə hərbi itkilərini açıq şəkildə etiraf etdiyi nadir anlardan biri kimi qeydə alınıb.

Şimali Koreyanın payızdan bəri Ukraynadakı müharibəyə təqribən 15 min əsgər göndərdiyi, 4700-dən çox yaralı və ən azı 600 ölü olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru