Xaçmazda qadın qətlə yetirildi — Oğlu saxlanıldı Dünən, 08:34 Xaçmaz rayonunda qətl hadisəsi baş verib.“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qadaşoba kəndində qeydə alınıb.Belə ki, 1982-ci il təvəllüdlü Lətifova Kifayət Nadir qızı çoxsaylı bıçaq zərbələri alaraq qətlə yetirilib.Qətli törətməkdə şübhəli bilinən, onun oğlu 15 yaşlı E.Lətifov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş