Musavat.com bildirir ki, sənətçi paylaşımında dünyada artan sosial və iqtisadi ədalətsizliyə də toxunub:
“Belə bir dünyada, indiki zamanda valideyn olmazdan əvvəl düşünün. Belə bir dünyaya özünüzdən bir can gətirmək istəyirsinizmi?
Hər gün dünyada yeyəcək məhsulların qiyməti artır. Dünyanın bəzi ölkələri su qıtlığından əziyyət çəkir. Bəziləri isə rəsm əsərlərinə milyonlara pul ödəyib, evinin divarından asır. Çox absurd bir dünyada yaşayırıq
Kimsə 1 günlük toy tədbirinə 56 milyon xərcləyir, kimsə övladlarına 1 kiloqram meyvə almağa çətinlik çəkir.
Ədalət sözü yalnız yazılan kitablarda söz olaraq qalır və başqa heç bir məna kəsb etmir artıq.