Conni Evansa sabiq komandasında vəzifə verildi

2-07-2025, 08:56           
Conni Evansa sabiq komandasında vəzifə verildi
"Mançester Yunayted"in sabiq futbolçusu Conni Evans klubda yeni vəzifəyə təyin edilib.

Oxu.Az xəbər verir ki, 37 yaşlı keçmiş müdafiəçi gənc oyunçuların icarəyə verilməsi üzrə şöbənin rəhbəri olub.

Evans "Mançester Yunayted"in gənc futbolçularının icarə proseslərini nəzarətdə saxlayacaq və onların inkişafına dəstək göstərəcək.

Qeyd edək ki, Conni Evans "Mançester Yunayted"in heyətində ümumilikdə 241 oyun keçirib və 8 qol vurub. O, bir neçə gün əvvəl futbolçu karyerasını başa vurmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru