Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "Tesla" şirkətinin sahibi, milyarder İlon Maskın deportasiyası məsələsinə baxılmasının mümkün olduğunu bildirib. "Blumberq" agentliyinin yazdığına görə, Tramp jurnalistin müvafiq sualının cavabında deyib: "Bilmirəm... Bu məsələni nəzərdən keçirmək lazımdır".