Yazdıqlarımız təsdiqləndi Təhsil Şöbəsinin müdiri başçının müavini oldu

4-09-2015, 12:23           
Yazdıqlarımız təsdiqləndi Təhsil Şöbəsinin müdiri başçının müavini oldu
Cəlilabad Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub. Bu barədə “Report”un sorğusuna cavab olaraq RİH-dən bildirilib. Məlumata görə, Vidadi Dövlətov RİH başçısının I müavini vəzifəsinə təyin edilib. V.Dövlətov bu təyinata qədər Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. “Hazırda təhsil şöbəsinin müdiri vəzifəsi vakantdır” - RİH-dən bildirilib.
Qeyd edək ki, RİH başçısının birinci müavini Asif Əzizov ötən ay vəzifəsindən azad edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.