Tramp İranla bağlı sərəncam verdi –Sanksiyalar bərpa olundu

7-08-2018, 01:22           
Tramp İranla bağlı sərəncam verdi –Sanksiyalar bərpa olundu
ABŞ prezidenti Donald Tramp İranın üzərinə əsas maliyyə sanksiyalarının təkrar qoyulması barədə sərəncam verib. Beləliklə ABŞ 2015-ci ilin nüvə sazişini tərk etdiyini bildirəndən üç ay sonra Tehranın valyuta alışlarını və əsas sənayelərini vuran sanksiyalar yenidən qüvvəyə minib.

Avqustun 6-da verdiyi bəyanatlarda Tramp 2015-ci il razılaşmasını bir daha “dəhşətli və birtərəfli” saziş adlandırıb.

Ötən may ayında ABŞ-ın İranla nüvə sazişindən çıxdığını elan edən Tramp Tehranın sazişin “ruhunu” pozduğunu söyləmişdi.

Ağ Evin açıqladığı bəyanatda Trump bütün ölkələrə müraciət edərək bildirib: “İran rejimi seçim qarşısındadır: ya təhdidedici, pozucu davranışını dəyişməli və qlobal iqtisadiyyata reinteqrasiya olunmalı, ya da iqtisadi təcridolunma yolunu davam etdierməlidir”.

(Azadlıq radiosu)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru