Dəhşətli qətl: Biznesmen ailəsini və özünü güllələdi
24-01-2016, 17:46
Rusiyanın Krasnoyarsk diyarında 39 yaşlı kişi uşaqlarını, arvadını, sonra isə özünü güllələyərək öldürüb. Bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuat ölən şəxslərin meyitlərinin Artyomovsk şəhərində yanvarın 23-də aşkarlandığını bildirib. Özünü və ailəsini gülləyən şəxs biznesmen olub. İlkin ehtimallara görə, o, külli miqdarda kredit borcu olduğu üçün bu cinayəti törədib.
Qeyd edək ki, cinayəti törədən biznesmenin həyat yoldaşının 38, övladlarının isə 17 və 9 yaşları olub. Mətbuat biznesmenin həyat yoldaşının hamilə olduğunu da bildirib.