Bakıda univermaq binasının damı uçub, xəsarət alanlar var
26-01-2016, 19:18
Bakının Suraxanı rayonunda univermaq binasında çökmə baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Əmircan qəsəbəsində yerləşən köhnə univermaq binasında təmir işləri aparılarkən qeydə alınıb. Binanın damı 150 kvadratmetr ərazidə çöküb.