Nazirlərin və sahibkarların iştirakı ilə bu gün keçirilmiş konfransda Azərbaycan prezidenti İlham Əliyev Embawood şirkətinin təsisçisi və baş direktoru Elşad Abbasovun çıxışını yarımçıq qoyaraq, məmurlara müraciət edib.
Görüşdə iştirak edənlərdən birinin haqqın.az saytına verdiyi xəbərə görə, ölkə başçısı konfransda iştirak edən nazirlərə müraciət edərək bildirib ki, onların binalarının xarici mebellə təchiz edilməsindən xəbəri var.
İlham Əliyev toplaşanlara xatırladıb ki, Azərbaycanda Embawood-la yanaşı, keyfiyyətli mebel istehsal edən çoxlu şirkət var və məmurları yerli istehsalçıların məhsullarını almağa çağırıb.
Prezident maliyyə naziri Samir Şərifova tapşırıb ki, dövlət sifarişlərində üstünlüyün yerli şirkətlərə verilməsi məsələsini nəzarətdə saxlasın.