Bakıda 23 yaşlı gəlin özünü 18-ci mərtəbədən atdı - FOTO, VİDEO
23-11-2015, 17:37
İntihar edən qadının ailəsi ilə birlikdə orada kirayədə yaşadığı bildirilir.
Sabunçu Rayon Polis İdarəsindən deyiblər ki, həkim briqadası hadisə yerinə gələnədək həmin qadın dünyasını dəyişib.
Hadisə şahidlərinin AzNews.az-a veridiyi məlumata görə, qadın əri ilə birgə yaşayırmış. Həyat yoldaşı özünü atmazdan öncə əri aşağı mərtəbədən ona intihar etməməsi üçün çağırış edib. Lakin əri evə gəldikdən bir neçə dəqiqə sonra qadın özünü ataraq öldürüb.
Sakinlərin verdikləri məlumata görə isə intihar edən xanımın 3 yaşlı bir övladı qalıb.
* * *15:04 [media=https://www.youtube.com/watch?v=NCANEqNsA-k] Paytaxtın Bakıxanov qəsəbəsində, Yavər Əliyev küçəsi, "Uğur-2" yaşayış kompleksində, 2-ci binada bir qız özünü çoxmərtəbəli binanın 18-ci mərtəbəsindən ataraq intihar edib.
Milli.az-ın əldə etdiyi məlumata görə, qızın 23 yaşı olub.