Nazirlik yoxlamaya başladı və.. - doğum evinin baş həkimi işdən çıxdı

25-11-2015, 12:53           
Nazirlik yoxlamaya başladı və.. - doğum evinin baş həkimi işdən çıxdı
Sumqayıt şəhər 2 saylı Doğum evinin baş həkimi Ələkbərova İmmi İsmayıl qızı işdən azad olunub.

ANS PRESS-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Onun sözlərinə görə, qaynar xəttə daxil olan şikayətlərlə əlaqədar Sumqayıtda fəaliyyət göstərən 1 və 2 saylı doğum evlərində yoxlamalar aparılıb.

"Hər iki xəstəxanada apardığımız monitorinqlər zamanı aşkar olunan bütün nöqsanlar aradan qaldırılıb. Sumqayıt şəhər 2 saylı Doğum evinin baş həkimi Ələkbərova İmmi İsmayıl qızı öz ərizəsi ilə işdən çıxıb. İşdən çıxarılan baş həkimin yerinə isə hələlik təyinat olmayıb".
Amma 1 saylı doğum evinin baş həkiminin işdən azad olunub-olunmaması barədə isə heç bir məlumat ala bilmədik.

Xatırladaq ki, bir müddət əvvəl sumqayıtlılar Sumqayıtda fəaliyyət göstərən 1 və 2 saylı doğum evlərin fəaliyyətindəki nöqsan və çatışmazlıqlar barədə dəfələrlə narazılıqlar ediblər.
Bu sahədəki vəziyyət o dərəcədə ciddi olub ki, hətta, hər iki doğum evinin baş həkiminin işdən azad edilməsi məsələsi də gündəmdə olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.