Azərbaycan otellərinin “əl yandıran” Yeni il qiymətləri – 3, 4, yoxsa, 5 min?

28-11-2019, 17:52           
Azərbaycan otellərinin “əl yandıran” Yeni il qiymətləri – 3, 4, yoxsa, 5 min?
2020-ci ilin gəlməsinə sayılı günlər qalıb. Artıq şəhərdə, mağazalarda Yeni il ab-havası hiss edilməyə başlayıb. Eyni zamanda şou-biznes nümayəndələrinin də bayram gecəsi hansı restoranda, oteldə çıxış edəcəyi bəlli olub.
Axşam.az ölkədə fəaliyyət göstərən dəbdəbəli otellər arasında araşdırma apararaq, bayram gününə olan qiymətləri öyrənib.
Od tutub yanan həmin yüksək məbləğləri sizə təqdim edirik. Ən maraqlısı isə odur ki, otellərin bəzisində bayram gecəsinə boş yer qalmayıb, bəziləri isə sadəcə üç-dörd boş otaq olduğunu deyib.
Şəkidə yerləşən beşulduzlu “Marxal Resort & SPA”da qiymətlər ürəkaçan deyil. 3 gün 2 gecə burada standard otaqda qalmaq 1 nəfər üçün 1610, 2 nəfər üçün isə 2035 manatdır. Əgər eyvansız otaq seçsəniz 1560-2110 manat ödəyə bilərsiniz. “Deluxe Suite” otaq 1780 manatdır. “Corner Suite” 1830, 2 nəfərlik villa 1830, standard villa (4 nəfər) 3220, orta ölçülü villa (6 nəfər) 4700, böyük ölçülü villa (8 nəfər) 5990 manat təşkil edir. Əgər uşağınızın
4-12 yaşı varsa, 272 manat əlavə ödəyəcəksiniz. 12 yaşdan yuxarıdırsa 545 manat ödəməniz tələb ediləcək. Qiymətə gündə 3 dəfə qidalanma və bayram gecəsi olacaq şou-proqram daxildir.
“Şamaxı palace” da qiymətlərdə Şəkidən geri qalmır. Burada dekabrın 31-dən yanvarın 2-nə kimi qalmaq 1280 manatdır. Qiymətə qidalanma daxildir.
“Qafqaz Tufandağ Hotel” bayram ərəfəsində 3 gün 2 gecə üçün müştərilərdən 1650 manat tələb edir. Bura yalnız səhər yeməyi daxildir.
“Quba Palace Hotel”də yeni il günü xüsusi paketlər hazırlayıb. Deluxe dağ mənzərəli otaq (2 nəfərlik) 1500, Deluxe göl mənzərəli 1600, “Junior Suite” (2 nəfərlik) 1700, “Family Suite” (4 nəfərlik) 2700, “Midiya villa” 4000, “Urmiya villa” 4500, “Atropatena villa” 4500 manatdır. Qiymətlərə gündə cəmi iki dəfə yemək daxildir. Bildirilir ki, əgər sonradan otağı ləğv etsəniz, sizə heç bir məbləğ geri qaytarılmayacaq. Bu qiymətlər sadəcə dekabrın 1-nə kimi keçərlidir, ondan sonra bahalaşma halı ola bilər.
“Qafqaz Karvansaray Hotel” bir az insaflı davranıb. Burada bir gecəlik qiymət 133 manatdır. Amma siz bayram gecəsi 188 manat əlavə ödəmək məcburiyyətindəsiniz. Qiymətə yalnız səhər yeməyi daxildir.
“Macara Lake Park Quba” 2 gecə 3 gün üçün 320 manat ödəyəcəksiniz. Qidalanma daxildir. 2-5 yaşa qədər uşaqlara 100, 5-12 yaşa qədər olanlara 150 manat əlavə ödəniş istənilir.
“Lankaran Springs Resort” dekabrın 31-dən yanvarın 2-nə kimi istirahət paketi təqdim edir. Səhər yeməyi daxil 830 manatdır. Eyvanlı otaq isə 990 manat təşkil edir.
Bayram günü spirtli içki istəsəniz, bunun hesabını da əlavə ödəyəcəksiniz. Yəni verdiyiniz 1000, 2000 və ya 3 minə içki daxil edilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.