Türkiyəli müğənnilərin kimin toyuna gəldiyi bilindi

26-01-2020, 00:00           
Türkiyəli müğənnilərin kimin toyuna gəldiyi bilindi
Xəbər verdiyimiz kimi, ötən gün Bakıda keçirilən dəbdəbəli toyların birində Türkiyə şou-biznesinin məşhur simaları - Nihat Doğan, Ebru Yaşar, Doğuş və bir neçə azərbaycanlı sənətçi səhnə alıblar.

Teref.az “qafqazinfo”ya istinadən xəbər verir ki, toyun sahibi mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rəşad Camalov olub. Belə ki, R.Camalovun qızı Züleyxanın Elşən adlı bəylə ailə həyatı qurub.

Toyun aparıcılığı Nəsib Nura, idarə olunması isə müğənni Zamiq Hüseynova həvalə olunub.
Şadlıqda Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, müğənni Namiq Qaraçuxurlu ilə yanaşı, Əməkdar artist Xumar Qədimova da iştirak edib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru