Masallıda 65 min manatlıq oğurluq: Cinayətkarlar hələ də azadlıqdadır (VİDEO)

11-06-2020, 00:09           
Masallıda 65 min manatlıq oğurluq:
Bu ilin fevral ayının 19-da, axşam saat 20:00-da Masallı rayonunda oğurluq hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, rayonun Böyük Kolatan kənd sakini Mətləb Cəfərovun evi qarət olunub. Oğrular evdən 60.000 min manat nəğd pul və 5000 AZN dəyərində qızıl zinnət əşyaları aparıb.

Mətləb Cəfərov oğruların evini necə qarət etməsini əks etdirən videogörüntünü redaksiyamıza təqdim edib. Oğurluq faktı ilə bağlı dəlil-sübutların olmasına baxmayaraq, oğrular hələ də azadlıqdadır. Ev sahibi deyir ki, oğruların özü göz qabağında olsa da, onlar həbs olunmur:

“4 aydır ki, bu işə baxan yoxdur. Masallıda elə bir qurum yoxdur ki, onlara müraciət olunmasın. Günə-günə satırlar. 3 nəfər maskada pəncərənin dəmir çərçivəsini qırıb evə daxil olub. Onlar evdə adam öldürsəydilər, yenə tapılmayacaqdı? Ev darmadağın edilib. Masallı rayon Polis İdarəsinin rəsinə şəxsən müraciət olunub. Amma nəticəsi yoxdur. Ümidimiz mətbuatadır”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru