"Hörmətli “Kapital Bank”, sizin təhlükəsizliyiniz budurmu?" - Şairin kartından pul oğurlandı

2-03-2022, 10:09           
"Hörmətli “Kapital Bank”, sizin təhlükəsizliyiniz budurmu?" -
Şair Elşad Baratın maaş kartından pul oğurlanıb.
"Hörmətli “Kapital Bank”, sizin təhlükəsizliyiniz budurmu?"

Teref.az bakupost.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən şair bildirib ki, kart məlumatları gizli olduğu halda oğurluq edilib:
"Səhər yuxudan oyandım və gördüm ki, əmək haqqı kartımdan pul oğurlanıb. Həm də 3 əməliyyatdan sonra. Hörmətli “Kapital Bank”, sizin təhlükəsizliyiniz budurmu? Özünüzü ölkənin birinci bankı hesab edirsiz, budurmu sizin birinciliyiniz, budurmu sizin müştəri məmnunluğunuz? Hələ 196 qaynar xəttə zəng edirəm, kart məlumatlarımın gizli olduğunu bildirirəm, lakin 14 iş günündən sonra müraciət etməyimi istəyirsiz. Çox operativsiz".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.