Göyçayda dövlət sosial müdafiəsi adına Aqşin Qafurov rəzaləti

4-05-2016, 21:17           
Göyçayda dövlət sosial müdafiəsi adına Aqşin Qafurov rəzaləti
Göyçayda, Sosial Müdafiəsi Mərkəzində Fuad Seyidov, Fəhmin Cəfərov və baldızı Mərkəzin rəhbəri Aqşin Qafurovun adından açıq aşkar rüşvət alırlar. Arxasında Səlim Müslümovun yaxın ətrafı dayanan və buna görə prezident İlham Əliyevin və nazir Səlim Müslümovun qərarlarını, xəbərdarlıqlarını qulaqardın vuran Aqşin Qafurov, “Göyçayda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə işləyir.

Ölkədə kasıb vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün verilən sosial yardım müavinatı məmurların yağlı tikəsinə çevrilib. Mətbuatda dəfələrlə sosial müavinat yardımına nəzarət və onu təyin edən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzlərindəki korrupsiya, özbaşınalıq, saxtakarlıqlar barədə məlumatlar verilib. Lakin çox vaxtı vətəndaşlara açıq-aşkar zülm edən bu Mərkəzlər barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı bir tədbir görülmür.

AzFakt.com-a Göyçaydan daxil olan şikayət məktubunda qeyd olunur ki, Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Aqşin Qafurov dövlət idarəsində əməlli başlı “bazar” açıb. Bu il sosial yardım almaq üçün təqdim olunan arayışların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sərtləşdirilməsi əslində Aqşin Qafurov tərəfindən daha çox rüşvət yolu ilə qazanc əldə etməsinə səbəb olub. Belə ki, redaksiyamıza daxil olan məlumata əsasən hazırda sosial müavinət almaq istəyən vətəndaşlar öz işlərini yoluna qoymaq və nazirliyin ümumi sisteminə göndərdikləri sənədlərin qəbul olunması üçün öncə Aqşin müəllimin qəbuluna düşməlidirlər. Aqşin müəllimin qəbulunda isə məsələ çox sadədir. Sənədlərin ümumi sistem tərəfindən qəbul olunmasını istəyirsənsə, o zaman nəğd şəkildə 600 manat ver və bu halda heç bir problem olmadan vətəndaş dövlətdən sosial müavinət alacaq, yox əgər Aqşin Qafurova 600 manat vermək imkanın yoxusa, demək ki, ümumi sisemində həmin vətəndaşın ərizəsini qəbul etmək imkanı sıfırdan aşağıdır.

Şikayət məktubunda Göyçay sakinləri qeyd edirlər ki, hazırda Aqşin Qafurov onlara zülm edir. Çünki işıq, su, qaz, telefon, torpaq pullarının çeklərini istəyən mərkəz işçiləri vətəndaşlara böyük əziyyətlər verməklə onları yorururlar. Məsələnin ən pis tərəfi isə bütün sənədləri toplayan vətəndaşın sənədlərinin ƏSMM-də sistem tərəfindən qəbul olunmamasıdır. Yəni o qədər əziyyətdən və xərcdən sonra kasıb adamlar yenə Allahın ümidinə qalırlar və bu vəziyyət qətiyyən Aqşin Qafurovun vicdanını sızlatmır. Əksinə daha çox qazanmaq həvəsi ilə cənab Qafurov zülmünü artırır.

Rayon sakinləri iddia edirlər ki, əslində nazirliyin ümumi balansına göndərilən sənədlər formal xarakter daşıyır. Yəni bütün sənədlər qəbul olunur və hə cavabı verilsə də, Aqşin Qafurovfun idarəsi onlara rüşvət verməyənlərə yox cavabı verir. Şikayətdə qeyd olunur ki, Aqşin Qafurov özünə o qədər arxayındır ki, vətəndaşlaır qəbul etməli olduğu halda onları qapıdan belə qovur. Vətəndaş Aqşin Qafurovun qəbuluna o zaman girə bilir ki, Mərkəzin müdir müavini Fuad Seyidov müdirin yanına girib vətəndaşında 600-700 manat aldığını deyir.

Göyçay sakinlərinin dediklərinə görə, Aqşin Qafurovun Mərkəzdə qurduğu rüşvət yuvasının 2 əsas əsas aparıcısı rüşvət yığıcısı var. Bunlardan birinin onun müavini Fuad Seyidov və digərinin isə Mərkəzin mühasibi Fəhmin Cəfərov olduğu bildirilir. Sosial yardım almaq istəyən şəxslərin bir çoxlarının “işlərini” məhz bu iki şəxs “həll edir”. Bir çox vaxtlar rüşvəti Fəhmin Cəfərovun baldızı Esmiranın aldığı qeyd olunur. Baş mühasib baldızını Mərkəzə işə düzəldərək ondan “pulyığan” kimi istifadə etdiyi qeyd olunur.

Sakinlər iddia edirlər ki, Fuad Seyidov və Fəhmin Cəfərovun qohumları, yaxın adamları, tanışları sosial yardım alırlar. Amma kasıb vətəndaşlar bu yardıma uzunmüddətdir ki, möhtacdır. Dövlət tərəfindən imkansız vətəndaşlara ayrılan sosial yardım hesabına qaz vurub qazan dolduran Aqşin Qafurov, Fuad Seyidov, Fəhmin Cəfərov Göyçayda sayılıb, seçinlən “kişilərdən” olublar. Çünki onların altında bahalı avtomobillər, obyektlər, dükanlar, torpaq sahələri və sair əmlaklar var. Sadə vətəndaşın boğazında kəsib özünə var dövlət quran bu üç dələduz haqqında yuxarı dairələrə yüzlərlə şikayətlər göndərilsə də sonda heç bir nəticə olmayıb.

Göyçayda hər kəs yaxşı bilir ki, Aqşin Qafurovun arxasında rayon icra hakimiyyəti ilə bərabər, Səlim Müslümovun yaxın ətrafı dayanır. Məhz buna görədə prezident İlham Əliyevin və nazir Səlim Müslümovun qərarlarını, xəbərdarlıqlarını qulaqardına vuran Aqşin Qafurov, “Göyçayda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə işləyir.

Qeyd edək ki, Göyçay ƏSMM-dəki rüşvət yuvası ilə bağlı araşdırmamız davam edir və Aqşin Qafurovun rayondakı mal mülkü, obyektlərinin fotolarını yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.