Filial müdiri Ağdaşda bir ailəni necə borca otrudub... - ŞOK İTTİHAMLAR
12-05-2016, 10:17
teref.az - Ağdaş rayonu H.Əliyev prospekti 14/5 sakini Quliyeva Rəna Məcnun qızı teref.az-ya şikayət ərizəsi ünvanlayıb. Narazı vətəndaş yazır:
"Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, "Beynəlxalq Bank" ASC-nin Ağdaş filialının sabiq müdiri Mahmudov Mahir Lətif oğlu (hazırda Bakı şəhərində yüksək vəzifədə işləyir) vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kredit verən zaman məndən 10.000 manat pul almış və bu korrupsiya əməllərini dəfələrlə mənə qarşı etməklə küllü miqdarda məndən rüşvət almışdır. Belə ki, sahibkarlıq fəaliyətimi genişləndirmək üçün 16 oktyabr 2009-cu il tarixdə "Beynəlxalq Bank" ASC-nın Ağdaş filialından 47.000 manat kreditin götürülməsinə imza etsəmdə mənə 37.000 manat pul verildi.Sabiq müdir Mahir Mahmudov əvvəlcədən mənə bildirdi ki, 10.000 manatı əskik verəcəm. Bundan sonra mən krediti müəyyən qədər ödədim.İnfilyasiya ilə əlaqədar gecikmələrim olurdu.Filialın müdiri Mahir Mahmudovun təklifi ilə yaxın qohumlarımın adına kreditlər yazıb özünə catacaq pulu nəğd götürüb qalan pulları isə əvvəlki 47.000 manat kredit borcumun silinməsinə yönəldilmişdir.Ancaq sonradan mənə məlum olub ki, heç də belə deyilmiş Mahir Mahmudov öz vəzifə səlahiyyətlərindən, mənim düşdüyüm vəziyyətdən və savadsızlığımdan sui-istifadə edib belə saxtakarlıq yolu ilə küllü miqdarda pulumu mənimsəmişdir.Xahiş edirəm diqqət yetirin Qızım Baxışova İlahə Eyvaz qızının adına 3000 manat kredit yazıb 500 manat rüşvət götürüb 2500 mnatı da guya mənim kredit borcumdan silib, Qızım Quliyeva Jalə Eyvaz qızının adına 3000 manat kredit yazıb 500 manat özünə rüşvət 2500 manat isə qızıma vermədən guya mənim 47.000 manat kredit borcumdan silib.Həyat yoldaşım Quliyev Eyvaz Zaməddin oğlunun adına 3000 manat yazıb 500 manat özünə rüşvət götürüb 2500 manat isə guya mənim borcumdan silib, qohumum Məmmədova Humay Fikrət qızının adına 3000 manat kredit yazıb 500 manat rüşvət götürüb 2500 manatı guya mənim kredit borcuma silir, qardaşım Məmmədov Mahir Məcnun oğlunun, kürəkənim Baxışov İlkin Elburus oğlunun , qohumum Kərimova Aysel Elburus qızının da adlarına eyni qaydada 3000 manat kredit yazıb hərəsindən 500 manat rüşvət götürüb qalan 2500 manatı guya mənim kreditimə silib.Bütün bu korrupsiya cinayətidir ki, "Beynəlxalq Bank" ASC-nin Ağdaş filialının müdiri Mahir Mahmudov açıq aşkar törətmişdir ki, bunu təsdiq edən konkret subutlar şahidlər var.Hansı ki, Mahir Mahmudov tərəfindən qohumlarımın adına yazılmış bütün bu kreditlər onlara verilməyib.Kreditlər isə onlara sahibkarlıq fəaliyyəti adı ilə yazılsada onlar heç biri sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıblar.Sadəcə məni məcbur edib ki, bu variantlarla kredit borcunu siləcəm, əks halda ipoteka girovu qoyduğun eviniz əlindən alınacaq. Beləcə məni aldadıb bütün qohumlarımın adına saxtakarlıqla kredit yazıb pulları da mənimsəmişdir.Buna baxmayaraq banka olan borcum dahada şişib 63000 manat olub.İndi isə sahibkarlıq fəaliyyətim tam dayanıb müflis olmuşam".
Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "Mahir Mahmudov hazırda Bakı şəhərində hansısa bir yüksək vəzifədə işləyir.İşdən çıxıb Bakı şəhərinə başqa bir yüksək vəzifəyə gedəndən sonra bacısı oğlu Qəhrəman Günəşovu öz yerinə " Beynəlxalq Bank" ASC-nin Ağdaş filialına müdir təyin etdirmişdir.Qəhraman Günəşov isə daysı Mahir Mahmudovun cinayət yolu ilə mənə və qohumlarıma yüklədiyi kreditlərin məndən almaq üçün üstümə dəfələrlə qışqırıb ki, get yola çıx əxlaqsızlıq et pul qazan gətir krediti ödə. Mahir Mahmudov hazırda Ağdaş rayonunda özünə 3-cü bir villasını inşa etdirir.Onun korrupsiya əməlləri nəticəsində özüm və yaxın qohumlarım çıxılmaz bir vəziyyətə düşmüşük. Onun bu əməlləri korrupsiya cinayətidir.Buna dair bütün sənədləri, subutlar var.Bu barədə başda Prezident cənab İlham Əliyev olmaqla, Mehriban xanım Əliyevaya, Fuad Ələsgərova, Baş Prokurora , Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Mərkəzi Bankın sədri Elman Rüstəmova və digər orqanlara şikayət ərizələri göndərmişəm.Şikayət ərizəm üzrə aparılacaq araşdırma zamanı subutlarımı təqdim edəcəyəm.Mən və yaxın qohumlarım inanırıq və ümüd edirik ki. bu törədilmiş cinayət əməli araşdırılıb Mahir Mahmudovun barəsində təsirli tədbirlər görüləcək. Mətbuat vasitəsi ilə də Prezident cənab İlham Əliyevdən və hüquq mühafizə orqanları rəhbərlərindən xahiş edirəm vəzifə səlahiyyətlərindən sui-istifadə edib korrupsiya əməlləri ilə məşğul olan Mahir Lətif oğlu Mahmudovun barəsində qanun tədbirlər görəsiniz".
Qarşı tərəfi də dinləməyə hazırıq...