Bu da Əhmədli bələdiyyəsi: “ Yaşayış evləri metro stansiyasından 100-200 metr məsafədə ....."

13-05-2015, 10:20           
Bu da Əhmədli bələdiyyəsi: “ Yaşayış evləri metro stansiyasından 100-200 metr məsafədə ....."
Bu yaxınlarda “Gündəlik Bakı” qəzetinin saytında “İstifadəçiləri yanacaqdoldurma məntəqəsində necə aldadırlar?” başlıqlı məqalə dərc olunmuşdu.

Məqalə “İST Petrol” şirkətinə məxsus yanacaqdoldurma məntəqələrinin fəaliyyətindən bəhs edirdi.

Məqalənin müəllifi təsdiq edir ki, bu yanacaqdoldurma məntəqələri həyat üçün təhlükəlidir.

Bu şirkətə məxsus məntəqələr metronun Əhmədli stansiyası yaxınlığında yaşayış evlərinin həndəvərində yerləşir.(gundelik-baku.com).

Musavat.com saytı da hesab edir ki, “Əhmədli” stansiyası yaxınlığında yerləşən İST Petrol-a məxsus yanacaqdoldurma məntəqələri ətrafda yerləşən binaların sakinləri üçün təhlükə mənbəyidir.

Qafqaz Xəbər Agentliyi olaraq yayılan informasiyanın dəqiqləşdirmək qərarına gəldik.

Bu məqsədlə məntəqələrin yerləşdiyi Əhmədli bələdiyyəsinə müraciət etdik.

Əhmədli bələdiyyəsinin şöbə müdiri Şahgəldi ( soyadını demədi ) bildirdi ki, “Əhmədli” stansiyası yaxınlığında tikilən məntəqələr əhali üçün təhlükəli deyil: “ Yaşayış evləri metro stansiyasından 100-200 metr məsafədə yerləşirlər ki, bu da mövcud qaydalara uyğundur”.

Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı isə bizə bildirdi ki, yanacaqdoldurma məntəqələri ilə yaşayış evləri arasında məsafə ən azı 1 kilometr olmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.