Avtomobil satışı ilə məşğul olan şəxslər bəzi təhlükəli üsula əl atıblar VİDEO

2-06-2025, 17:44           
Avtomobil satışı ilə məşğul olan şəxslər bəzi təhlükəli üsula əl atıblar VİDEO
Avtomobildəki hansısa problemi bildirən xəbərdarlıq işıqları kustar üsulla söndürülür.
TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, ustalar bildiriblər ki, bu üsullardan əsasən avtomobil alqı-satqısı ilə məşğul olan şəxslər istifadə edirlər.

Məqsəd isə maşının texniki vəziyyətini gizlədərək onu daha asan və baha qiymətə satmaqdır. Amma bu cür hallar sonralar böyük təhlükələr yaradır.

Avtomobil ustası Anar Əliyev bildirib ki, bəzən oksigen sensoruna da müdaxilə edilir. Bu isə yalnız xəbərdarlıq siqnalının yox olması ilə deyil, həm də mühərrik sisteminin zədələnməsi ilə nəticələnir. Hazırda ölkədə baş verən avtomobil yanğınlarının əksəriyyətinin səbəbi də məhz budur.

Usta qeyd edib ki, avtomobil alarkən elektron sistem mütləq düzgün və hərtərəfli yoxlanmalıdır.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru