Medinski Ukrayna ilə danışıqların yekunları ilə bağlı açıqlama verib

3-06-2025, 08:24           
Medinski Ukrayna ilə danışıqların yekunları ilə bağlı açıqlama verib
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski İstanbulda keçirilmiş danışıqların yeni raundunun nəticələri barədə danışıb.

Oxu.Az xəbər verir ki, bu barədə RBK məlumat verib.

Onun sözlərinə görə, Ukrayna qaytarılması üçün uşaqların tam siyahısını Rusiya tərəfinə təqdim edib və həmin siyahıda 339 soyad yer alıb. Medinski qeyd edib ki, Rusiya tərəfi siyahıdakı hər bir uşaqla bağlı məlumatı araşdıracaq.

Medinski əlavə edib ki, Rusiya Ukraynaya öz memorandumunu təqdim edib, Kiyev isə onu öyrənmək üçün qəbul edib. Onun sözlərinə görə, tərəflər bir neçə praktiki məsələni də həll ediblər.

Xatırladaq ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu keçirilib. Görüş bir saatdan bir qədər çox davam edib. Danışıqların birinci raundu isə mayın 16-da İstanbulda baş tutmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru