2 yaşlı uşaq yüksək intellektə sahib insanlardan ibarət “Mensa” cəmiyyətinə qəbul edilib

3-06-2025, 07:54           
2 yaşlı uşaq yüksək intellektə sahib insanlardan ibarət “Mensa” cəmiyyətinə qəbul edilib
İngilis Cozef Harris-Birtil 2 yaşında dünyanın ən yüksək intellektə sahib insanlardan ibarət “Mensa” cəmiyyətinə qəbul edilib və bu, təşkilat tarixinin ən gənc üzvü olub.

Demokrat.az xəbər verir ki, valideynləri oğullarının qeyri-adi idrak inkişafını gördükdən sonra dəstək istəmək üçün “Mensa”nın İngiltərə şöbəsi ilə əlaqə saxladıqlarını bildirib.

Qeyd olunub ki, o, beş dildə ona qədər, irəli və geri saya bilir və 10 dəqiqə davamlı olaraq kitab oxuya bilir. “Mensa” yalnız IQ testində ilk 2 faiz bal toplayan və ya bunu sübut edə bilən şəxsləri qəbul edir.

Mütəxəssislərin fikrincə, əsl uşaq vunderkindləri təxminən 5-10 milyon doğuşdan 1-də baş verən nadir hallardandır. Onun potensialı həm genetik, həm də ətraf mühit amillərinin birləşməsi ilə izah olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru