Yaşıl çay istidə susuzluğu yatırmaq üçün ideal seçimdir

2-06-2025, 17:08           
Yaşıl çay istidə susuzluğu yatırmaq üçün ideal seçimdir
Yay mövsümündə bədənin su balansını qorumaq və susuzluğu yatırmaq üçün sağlam içkilər seçmək vacibdir.
Bu barədə brend aşpaz və kulinariya tarixçisi Anton Prokofyev RİA Novosti-yə açıqlamasında danışıb.Onun sözlərinə görə, yaşıl çay isti havalarda susuzluğu yatırmaq üçün ən yaxşı içkilərdən biridir. Prokofyev qeyd edib ki, yaşıl çay orqanizmi təravətləndirir, eyni zamanda faydalı antioksidantlarla zəngindir.Ekspert əlavə edib ki, limonadlar, sitrus meyvələri əlavə edilmiş su, müxtəlif soyuq qəhvə kokteylləri və kvas da isti havada rahatlıq gətirə bilər.Prokofyev bildirib ki, xüsusilə qazlı və şəkərli içkilərdən uzaq durmaq lazımdır. Onun fikrincə, bu cür içkilər bədəni daha da susuzlaşdırır və sağlamlığa zərər verə bilər.Mütəxəssis tövsiyə edir ki, gün ərzində su balansını qorumaq üçün təbii içkilərə üstünlük verilsin və süni əlavələrdən qaçmaq vacibdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.