Nigeriyada hərbçilərin səhvi ucbatından 20 nəfər ölüb
3-06-2025, 08:40
Nigeriya hərbçiləri səhvən Maraya kəndini quldurlardan müdafiə edən yerli özünümüdafiə dəstəsinə zərbə endiriblər. Hadisə nəticəsində 20 sakin həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian Nigeria" məlumat yayıb.
"Onlarla insanımız və bir neçə inəyimiz quldurlar tərəfindən əsir götürülüb. Onları xilas etmək üçün quldurları təqib edənlər isə qırıcı təyyarə ilə bombalanıblar", - yerli sakinlərdən biri qeyd edib.
Döyüş təyyarəsi pilotunun kəndliləri quldurlarla səhv salaraq zərbə endirdiyi bildirilir.
Nigeriya Müdafiə Nazirliyi hadisə ilə bağlı şərh verməyib.