Binə qəsəbəsinin icra nümayəndəsi oliqarx imiş - BU DA FAKT!

3-06-2025, 00:04           
 Binə qəsəbəsinin icra nümayəndəsi oliqarx imiş - BU DA FAKT!
Azərbaycanda məmurların özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları adi hala çevrilib. Sahibkarlıqdan dövlət qulluqçusuna keçən bəzi şəxslər isə qanunverciliyin qadağalarını heçə sayaraq, köhnə işlərini açıq yaxud dolayı yollarla davam etdirməkdədirlər.
AzFakt.com-un əldə etdiyi məlumata görə belə məmurlardan biri də Xəzər rayon Binə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsini icra edən Ərəstun Əlisoydur.

Bildirilir ki, sahibkarlıqdan dövlət qulluqçusu vəzifəsinə gələn Ərəstun Əlisoy köhnə işini olduğu kimi davam etdirir.
Belə ki, Binə qəsəbəsi, Hicran Hasilov küçəsi ünvanında yerləşən Verona Palace restoranı Ərəstun Əlisoya məxsus olduğu iddia edilir. İcra nümayəndəsinin Binə qəsəbəsində xeyli sayda obyektinin olduğu deyilir.
Həmçinin Verona Palace restoranının yanında yerləşən Laçın super market kimi fəaliyyət göstərən obyektin də Ərəstun Əlisoya məxsus olduğu və icarə verildiyi iddia edilir. Bundan başqa Binə qəsəbəsində aparılan qanunsuz tikinti işlərinə də Ərəstun Əlisoyun nəzarət etdiyi deyilir.
Məsələ ilə bağlı Ərəstun Əlisoydan münasibət örgənməyə çalışsaqda, icra nümayəndəsi sorğumuzu cavabsız qoydu.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru