Tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin həbsi ilə bağlı yayılan xəbərlərin ardından onun işçiləri ilə bağlı məlumatlar da yayılmaqdadır.
Məlumata görə, İ.Nehrəmlinin layihəsi olan "Xəzər İslands”da çalışanlar artıq 3 aydır ki, maaşlarını ala bilmirlər.
Məlumatı AzNews.az-a sözügedən nəhəng layihənin işçiləri veriblər. Onlar rəhbərliyə bu həftənin sonunadək vaxt veriblər: "Maaşlarımızı verməsələr, başqa tədbirlərə əl atacağıq”.
Qeyd edək ki, bu gün "Avesta” konserninin rəhbəri Hacı İbrahim Nehrəmlinin və ona yaxın olan 2 şəxsin həbs oluması ilə bağlı xəbər yayılıb.
Nehrəmlinin hazırda "Bandotdel”də olduğu və ifadə verdiyi bildirilir.