Piyadaların kabusuna çevrilən yol: Keşlə məscidinin qarşısındakı ərazidə PROBLEM VİDEO

2-06-2025, 16:18           
Piyadaların kabusuna çevrilən yol: Keşlə məscidinin qarşısındakı ərazidə PROBLEM VİDEO
"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Keşlə məscidinin qarşısındakı ərazidə mövcud olan problemə diqqət yetirilib.

Bildirilib ki, sözügedən ərazi Heydər Əliyev və Babək prospektlərini birləşdirən əsas yollardan biridir:

"Mirzə Ələkbər Sabir küçəsində iki əks istiqamətdə hərəkət etmək çox çətindir. Xüsusilə də iriqabaritli avtobus və yük avtomobilləri bu yola daxil olduqda. Bu ərazidən keçid zamanı avtomobillər tez-tez bir-birinə toxunur ki, bu da maddi zərərlə nəticələnir. Ümumilikdə ərazidəki sıxlıq günün istənilən saatında davam edir".

Piyadaların vəziyyəti isə daha acınacaqlıdır, ərazidə səki demək olar ki, yoxdur:

"Yəni bura piyadaların təhlükəsizliyi nəzərə alınmadan salınmış küçələrdəndir. Hərəkətin intensivliyini nəzərə alaraq, ya bu yol birtərəfli olmalı, ya da genişləndirilməlidir"

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru