Havay meşələrində təhlükəli vəziyyət: Ağcaqanadlar nadir canlıların sonunu gətirə bilərlər FOTO

2-06-2025, 16:48           
Havay meşələrində təhlükəli vəziyyət:
Havay meşələrində təhlükəli vəziyyət yaranıb. Balsovuran adlanan kiçik yerli quş növləri sürətlə yox olur.

Oxu.Az xəbər verir ki, "Current Biology" jurnalında dərc olunan son araşdırmada məsələnin kökü təhlil edilib.

Məlumata əsasən, bu quşlara yalnız Havay arxipelağında rast gəlinir. Kauai adasında yaşayan akikiki və akeke növlərinin populyasiyası son 20 ildə 99% azalaraq kəskin şəkildə aşağı düşüb. Bir zamanlar 60 növü olan balsovuran quşların indi cəmi 17 növü qalıb və onların demək olar ki, hamısı rəsmi olaraq nəsli kəsilmək təhlükəsi altındadır.

Araşdırma quş qızdırmasını (malyariya) populyasiyanın sürətlə azalmasının əsas səbəbi kimi müəyyən edib. Alimlər bildirirlər ki, vəziyyət belə davam edərsə, ağcaqanadlar unikal quşların sonunu gətirə bilərlər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru