ABŞ-də zibil qutusundan 50 min dollarlıq rəsm əsəri tapıldı

2-06-2025, 16:38           
ABŞ-də zibil qutusundan 50 min dollarlıq rəsm əsəri tapıldı
ABŞ-də polis kanadalı məşhur rəssam Jan-Pol Riopelin Edmonton şəhərindəki qalereyadan oğurlanmış tablosunu tapıb.

Oxu.Az "Miami Herald"a istinadən xəbər verir ki, "Adsız, akvarel və kağız üzərində mürəkkəb" adlı əsər 6 dekabr 2021-ci ildə qalereyadan oğurlanıb. Oğrular qapını qıraraq bir neçə tablo ilə birlikdə bu əsəri də aparıblar. Polis oğruların izini tapa bilməyib və istintaq dayandırılıb.

Dörd il sonra Nyu-Yorkda bir şəxs bu əsəri hərraca çıxarmaq istəyəndə məlum olub ki, tablo zibil qutusundan tapılıb və dörd il boyunca şkafda saxlanılıb.

Əsərin hazırkı sahibi polis hesabatını gördükdən sonra onu sığorta şirkətinə qaytarmağa razılıq verib.

Qeyd edək ki, hələ 2022-ci ildə Riopelin bu əsərinin qiyməti 50,690-57,932 dollar arasında qiymətləndirilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.