"Azercell" bağlanır? - RƏSMİ AÇIQLAMA

7-06-2016, 21:08           

Azercell şirkəti bağlanması ilə bağlı yazılanlara aydınlıq gətirib.

Azercell-in korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya Milli.Az-a bildirib ki, "Azercell Telekom" MMC öz fəaliyyətini olduğu şəkildə tam gücü ilə davam etdirir: "Bəzi xəbər saytları tərəfindən dərc olunan yazıların heç bir əsası yoxdur. Ölkənin aparıcı mobil operatoru olan Azercell Telekom 4.5 milyonluq abunəçi ailəsinə ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərir və 20 il ərzində olduğu kimi tam gücü ilə bazarda öz lider mövqeyini qoruyub saxlamaqdadır".

N.Şıxlinskaya deyib ki, hazırda Azercell Telekom-a qarşı davam edən heç bir təhqiqat işi mövcud deyil, İsveç prokurorluğu Bloomberg agentliyinin istinad etdiyi Azərbaycana dair təhqiqat işini bu yaxınlarda bağlı elan etdi.

Bundan basqa 01 iyun 2016-ci il tarixindən qüvvəyə minən Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Azercell Telekom" MMC-nin mövcud Lisenziyaları qeyri - məhdud müddətə uzadılmış hesab edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.