Hansı universitetlərdə imtahanlardan şikayət var...
8-06-2016, 11:53
Daha bir tədris ilinin sona çatır. Artıq bir neçə gündür universitetlərdə yay sessiyasının imtahanları başlayıb. Modern.az saytı imtahanlara nəzarət şuralarının olub-olmadığını, imtahanla bağlı tələbələrin şikayətləndiyi məqamları öyrənmək üçün bir neçə ali təhsil ocağı ilə əlaqə saxlayıb.
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfaqət Kazımova bildirib ki, iyun ayının 1-dən 31-nə kimi əyani şöbədə, iyunun 31-dən iyulun 7-nə kimi isə qiyabi şöbədə yay imtahan sessiyası olacaq. Rektorun əmrinə əsasən, universitetdə operativ qərargah yaradılıb və yazılı şikayətləri qəbul etmək üçün qutular qoyulub. Bundan əlavə tələbələr 440-35-05 və 440-61-82 saylı şəhər nömrələrində də zəng edərək şikayətlərin bildirə bilərlər. Universitetdə daxili qərargahdan əlavə, Təhsil Nazirliyinin də qərargahı var, imtahanlara onlar tərəfindən də nəzarət olunur.
“ Universitetimizdə ictimai Şura yoxdur. İctimai Şura yaratmaq haqqında düşünürük. İmtahanlar yazılı formada keçirilir. Tələbələr imtahanın obyektiv, qərəzsiz və şəffaf keçirilməsindən razıdırlar. Eyni zamanda yaradılan şəraitdən razılıqları var. Əgər tələbə hansısa məsələ ilə bağlı müraciət edirsə, bu zaman araşdırma aparılır və müvafiq qərar verilir. Universitetin rektor vəzifəsini icra edən Dünyamin Yunusov tərəfindən humanist bir addım atılıb, hansısa tələbə 1 bal-a görə dekanlığa müraciət edirsə, bu məsələ tələbənin xeyrinə həll olunur”.
Azərbaycan Neft və Sənaye Universitetinin İmtahan mərkəzinin rəhbəri Osman Mirzəyev bildirib ki, imtahanlar mayın 28-dən iyulun 4-nə qədər davam edəcək.
“İmtahan başlamazdan 2 gün qabaq müxtəlif saytlarda elanlar verdik. İstənilən təhsil eksperti, valideynlər və jurnalistlər istədikləri vaxt imtahanın gedişatına müdaxilə etmədən nəzarətçi qismində prosesdə iştirak edə bilərlər.
İmtahanlar 2 üsulla keçirilir:
1. Bir qism müəllimlər imtahanları özləri götürür. Hansı ki, tanınmış alimlərdir və indiyə qədər qüsursuz işləyiblər.
2. İmtahanlar mərkəzləşdirilmiş şəkildə keçirilir. Hər bir qrupa auditoriya və nəzarətçi təyin edilir. Müəllim yalnız imtahana 10-dəq qalmış bilir ki, hansı auditoriya və hansı qrupda nəzarət edəcək. Tələbələr sualların maksimum dərəcədə sadələşdirilməsindən və asanlaşdırılmasından razıdırlar. Hər halda bizə hər hansı şikayət daxil olmayıb. Hansı ki, “qaynar xətt” də fəaliyyət göstərir”.
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova qeyd edib ki, imtahanlar iyunun 1-də başlayıb 21-də bitəcək.
“ATU-da ictimai nəzarət var. Bu şuralara tələbələr, valideynlər, media nümayəndələri daxildir. ATU-da dövlət imtahanları 2 mərhələdə keçirilir. Birinci mərhələ - bacarıq imtahanı Dövlət İmtahan Komissiyası tərəfindən qiymətləndirilir.
İkinci mərhələ isə test üsulu ilə ATU-nun Virtual Test Mərkəzində (VTM) keçiriləcək. Hər mərhələ 50 bal hüdudunda qiymətləndirilir. Hələ ki tələbələr narazılıq bildirməyiblər, bu haqda imtahanlar bitdikdə bir daha məlumat verə bilərəm”.
Azərbaycan Universitetin İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsindən bildiriblər ki, yay imtahan sessiyası 30 mayda başlayıb, 3 iyulda yekunlaşacaq.
İmtahanların gedişində obyektivliyi təmin etmək və yarana biləcək münaqişələri həll etmək məqsədi ilə “Operativ qərargah” və Apelyasiya komissiyası yaradılıb. İctimaiyyət nümayəndələri üçün açıq olan imtahanlar yazılı formada keçirilir. İndiyə qədər cəmi 6 tələbə “Operativ qərargah”a ərizə ilə müraciət edib. Onlardan 2-si imtahanda köçürmə ilə bağlıdır