Mikayıl İsmayılovun milyardlıq mülkləri - FOTOFAKT
8-06-2016, 16:03
SOCAR-dakı mənbənin redaksiyamıza təqdim etdiyi fotoda və məlumata görə M.İsmayılov Bakıda dəyəri milyardlarla ölçülən qəsrə sahibdir.
İddialara görə, bu qəsr, xüsusi girişləri olan 66 otaqdan və 3 mərtəbədən ibarətdir. Böyük bir əraziyə yeraltı çıxış eləcədə güclü mühafizə sistemindən ibarətdir.Neft maqnatının belə bir qəsrə sahib olması və prezidentlərə layiq güclü mühafizə sistemi qurdurması gələcəkdə nələrinsə baş verməsindən də xəbər verə bilər. Amma görünən o ki, əmək haqqı ilə belə də ucalmaq, triliyonlara sahib olmaq olmaz. Bu bir böyük gücdən yaranan varidatdır. Kim deyə bilər ki, həmin güclər bir gün M.İsmayılovun əli ilə ölkəyə təhlükə yaratmayacaq.
Mənbənin məlumatına görə,neft maqnatı Mikayıl İsmayılov həmin qəsri Xətai rayonunda məhşur “NEPOL DAİRƏSİ” adlanan ərazidə 1 hektar torpağı zəbt edərək özünə göz oxşayan böuük tikli ucaldıb. Bu varidatın hardan qaynaqlandığını deyə bilməsəkdə, yaxşı məlumdu ki, olqarx ünnülərlə yarışa girib. Bizlər ancaq belə malikanələrin birincilərin xarici qonaq qəbul etdikləri məkən olaraq bilirik. Deyəsən neft maqnatı kapitalı o qədər çoxdu ki, yuxarılarada meydan oxumaqdan belə çəkinmir…
Növbəti sayda: Redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, neft maqnatının ölkənin digər səfalı və bahalı ərazilərində də eyni vəziyyət hökm sürür. ARDNŞ-nin vitse prezidenti Mikayıl İsmayılov Şamaxıda, Ağsuda, Qubada, Qəbələdə də hektarlarla ərazidə tikilən bahalı sarayları vardır. Lakin burada durum bir qədər fərqlidir. Bu cah-cəlallı saraylarlar haqqında növbəti saylarda da geniş sönbət acmağa çalışacağıq.