Ağalarov dövlətdən 1 milyarddan çox kompensasiya aldı

9-06-2016, 13:17           

Rusiyanın Maliyyə Nazirliyi azərbaycanlı milyarder Araz Ağalarova məxsus olan “Crocus Group” şirkətinə 1,1 milyard rubl məbləğində kompensasiya ödəyib

Virtualaz.org RBK-ya istinadən bildirir ki, nazirliyin kompensasiya ödəməsi Vladivastokda keçirilən Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Sammitinə hazırlıq zamanı şirkətə vurulan ziyanla əlaqədardır.

Məlumatı Ağalarovun özü də təsdiqləyib. O, vurğulayıb ki, məhkəmə qərarı əsasında Maliyyə Nazirliyinə müraciət edib.

Ağalarov bəyan edib ki, yolların tikintisi və ərazidə şəraitin yaxşılaşdırılması üçün şəxsi büdcəsindən 3,6 milyard rubl xərcləyib. 2009-cu ildə “Crocus Group” Rusiya adasında Uzaq Şərq Universitetinin tikintisində baş podratçı olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.