Məşhur "Mado" restoranı bağlandı? — AÇIQLAMA

10-06-2016, 13:28           

"Mado" restoranın ən böyük şöbəsi işləmir

Ölkə.Az-ın əməkdaşının bildirdiyinə görə, Nizami küçəsində yerləşən məşhur türk restoranı olan "Mado" (yeni filial) fəaliyyətini dayandırıb. Əməkdaşımız restoranın təhlükəsizlik xidmətinin işçisindən məsələnin səbəbini öyrənmək istədikdə isə o, sadəcə iki saat öncə müştərilərdən çölə çıxılmasının xahiş edildiyini, bundan başqa heç bir məlumat verə bilməyəcəyini deyib.

"Mado"nun marketinq meneceri isə Ölkə.az-a bildirib ki, sifariş sisteminin proqram təminatında problem yarandığı üçün restoranın müvəqqəti fəaliyyəti dayanıb. Qısa müddətdə problem öz həllini tapacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.