“Meta”nın gəliri 28,6 milyard dollar artdı

27-04-2023, 09:07           
“Meta”nın gəliri 28,6 milyard dollar artdı
Amerikanın “Meta” korporasiyasının gəlirləri birinci rübdə illik müqayisədə 3% artıb.

Publika.az “CNBC” telekanalına istinadən xəbər verir ki, müvafiq məlumatlar korporasiyanın dərc etdiyi maliyyə hesabatlarında öz əksini tapıb.

Martın 31-də başa çatan üç aylıq dövr ərzində “Meta” 28,6 milyard dollar gəlir əldə edib.

Ötən ilin analoji dövründə korporasiyanın gəliri 27,9 milyard dollar olub, beləliklə, illik müqayisədə 3% artıb.


Şirkətin rübdə xalis mənfəəti 24% azalaraq, bir il əvvəlki 7,4 milyard dollarla müqayisədə 5,7 milyard dollar təşkil edib.

Bu ölçüdə şirkətin performansı daha böyük mənfəət azalmasını gözləyən analitiklərin gözləntilərini üstələyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru