44 günlük savaşdan sonra HAQQI TAPDANANLAR... - Bakıda AKSİYA VİDEO

2-05-2023, 10:34           
44 günlük savaşdan sonra HAQQI TAPDANANLAR... -
Bir qrup İkinci Qarabağ Müharibəsinin iştirakçıları Nazirlər Kabinetinin önündə aksiya keçirib. Etirazçılar mayın 1-də keçirdikləri aksiyada onlara “ müharibə iştirakçısı” statusunun və veteranlıq təqaüdlərinin verilməsini tələb ediblər.

Müharibə iştirakçıları nazirlər kabinetinin əməkdaşları və polislərlə qurumun qəbul şöbəsinə aparılıb.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2022-ci ilin yanvarın 1-dən etibarən hər bir müharibə veteranı adını qazanmış vətəndaşlara aylıq 80 manat təqaüd təyin olunub. Müharibədən sonra bu status ala bilməyən bir qrup müharibədə iştirak etmiş şəxslər dəfələrlə Müdafiə nazirliyi önündə etiraz edib. Həmin müharibə iştirakçılarına nazirlikdən bildirilmişdi ki, onlara tələb etdikləri status düşmür və daha sonra nazirlik vətəndaşları Nazirlər Kabinetinə yönləndirmişdi.

Məsələ ilə bağlı Nazirlər Kabineti ilə əlaqə saxlamaq mümkün olmadı. Amma qəbula girən şikayətçilərin sözlərinə görə, qurumdan onlara müraciətlərinə bir ay ərzində cavab veriləcəyi bildirilib.

Toplum TV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru