Satışda saxta məktəbli formaları var - XƏBƏRDARLIQ

16-08-2016, 16:41           

"Bakı Tikiş Evinin adından saxta və standartlara uyğun olmayan məktəbli geyimlərinin satışa çıxarılması ilə bağlı məlumatlar almışıq".

teref.az bildirir ki, bunu interpress.az-a açıqlamasında Bakı Tikiş Evinin direktoru Etibar Əzimov deyib.

Onun sözlərinə görə, bununla bağlı araşdırmalar aparılır: ""Bakı" kinoteatrının yanında, "Əhmədli" metro staniyasının çıxışında mənşəyi bilinməyən məktəbli forması BTE-nin adında satılır. Bu hallar Sədərək və Binə Ticarət mərkəzlərində də çoxdur. Eyni zamanda, Ağa Nemətulla küçəsində də bəzi yerlərində qeyri-qanuni satışın olması ilə bağlı xəbərdarlıq siqnalları almışıq. Bununla bağlı, Daxili İşlər Nazirliyi, İqtisadi Cinayətkarlığa Qarşı Mübarzə İdarəsi, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyinə məktub göndərəcəyik".

Bundan başqa, E.Əzimov əlavə etdi ki, ötən il aparılan monitorinqlər zamanı 5 müəsissənin fəaliyyəti dayandırılıb və barələrində inzibati cəza tədbirləri görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru