Karxanalarda baş verənlərə KOR BAXIŞ - Nə qədər görməzlikdən gələcəyiksə...

17-08-2016, 12:31           
Karxanalarda baş verənlərə KOR BAXIŞ - Nə qədər görməzlikdən gələcəyiksə...
İlk öncə qeyd edək ki, daş karxanalarında fəaliyyət göstərənlərin heç biri ilə əmək müqaviləsi bağlanmayıb. Həmin müəssələr Əmək Qanunverciliyinin tələblərinə əməl etmirlər. Edilməsi vacib olan məqamları qulaq ardına vuran müəssisə rəhbərləri bu mövzuya o qədər də can-fəşanlıq göstərmədikləri hər kəsə aşkardır. Sözü gedən problem nə qədər böyük faciələrə yol açdığının sübutudur ki, daş karxanalarında dünyasını dəyişən çalışanların sayı azalmaq yerinə durmadan artmaqdadır. Daş karxanalarında çalışan heç bir fəhlənin baş örtüyündən, "kaska"-dan istifadə etmədiyi hər kəsə məlumdur. Məlum məsələdir ki, həmin "kaska"-nı müəssisə rəhbəri tərəfindən işçilərin təhlükəsizliyini təmin etmək üçün verilir. Lakin işinə qeyri-ciddi yanaşan müəssisə rəhbərləri vəzifə səlahiyyətlərindən bir xəbərdir. Onun nəticəsidir ki, bu müəssisələrdə ölüm sayları durmadan artmaqdadır. Ölüm saylarının artması həmin daş karxanalarının fəaliyyətini axsatmağa nail olmadan müntəzəm olaraq işinin davam etdiyinin şahidi oluruq. Dünyasını dəyişən olanda bu məsələni elə ört-basdır edirlər ki, heç əhəmiyyət vermədən işlərinə davam edirlər. Özlərini elə aparırlar ki, elə bil burda belə bir hadisə baş verməyib. Ölüm hallarının nədən baş verməsini araşdırılanda məlum olur ki, karyerlərin işıqları kəsilir, daha sonra elektrik enerjisinin bərpa olunması fəhlələrin dünyasını dəyişməsinə səbəb olur. Olmaz ki, elektrik enerjisinin bərpa edərkən xəbərdarlıq edilərək faicəyəyə səbəb olmasına mane oluna. Bununla da göründüyü kimi daş karxanalarında vəziyyət olduqca acınacaqlı haldadır. Karyerlərdə nöqsanlar kifayət qədərdir. Qanunvericiliyin tələbləri pozulur. Nəticədə də işçinin başına hansısa bədbəxt hadisə gəldikdə işçi ona dəyən ziyana görə müəssisəni günahlandıra bilmir. Dəymiş ziyana görə müəssisədən təzminat tələb etmək hüququndan məhrum olur. Öz haqqını tələb edə bilməyən çalışan kor-peşman susmağı seçir və heç bir addım atmayır. Çalışmaq qabiliyyətini itirən fəhləyə ən azından həmin müəssisələr cavabdeh olduğu təqdirdə bu məsuliyyətə yiyələnmirlər. Həmçinin daş karxanalarında faciəvi şəkildə dünyasını dəyişən çalışanların ailələrinə heç bir yardım ödənilmədiyi hər kəsə açıq-aydın məlumdur. Bələliklə halal çörək pullarını daşdan çıxaran zəhmətkeş vətəndaşlar qanunsuz fəaliyyətin qurbanına çevrilirlər. Lakin çəkdikləri o qədər zəhmətə dəymir. Həyatları bahasına bu iş demək olar ki, onların axırına çıxmış olur. Ümumilikdə götürsək, daş karxanalarına nəzarət yox dərəcəsindədir. Birmənalı şəkildə bu müəssisələrə nəzarət edən dövlər qurumunun fəaliyyətinin varlığı ilə yoxluğu sezilmir. Nəzarət olmadığı üçün sözü gedən yerlərdə özbaşınalıq hökm sürür. Fəhlələrin geyimlərindən söz açsaq deyə bilərik ki, fəhlələrə məxsus xüsusi iş geyimləri olmasına baxmayaraq isti yay günləri ilə əlaqədar olaraq bu geyimlərdən imtina edirlər. Çünki geyimlər olduqca qalın olduğundan isti günlərdə heç də təlabat olmur bu geyimlərə. Həmçinin baş örtüyü sayılan dəbilqədəndə istifadədən imtina edirlər. Çünki həmin dəbilqədə hava keçirməz olduğundan əlavə yük olaraq fəhlələr istifadə etmir. Onsuzda ağır zəhmət tələb edən işdə çalışırlar. Hələ üstəlik bu ağır, qalın geyimləri daşımaq məcburiyyətində qalsınlar. Amma ən azından "kaska"-dan istifadə etməkləri can güvənliyi üçün vacibdir. Bu məsələnin həll yolunun çox sadə yolu var. Daş karxanalarının rəhbərləri birmənalı şəkildə dəbilqəsiz, iş geyimi geyinməyən fəhlənin çalışmasının yol verilməz hal olduğunu bildirməlidirlər. Həmçinin şərtlərini daha da sərtləşdirərək dəbilqə taxmayan fəhlənin maaşının kəsiləcəyini bildirilsə o zaman hər kəs bir qayda olaraq iş geyimindən, dəbilqədən imtina etməz. O zaman problem həll yolunu tapar. Nəticə də daş karxanalarında bu qədər insan təlafatı baş verməz. Faciəvi şəkildə dünyasını dəyişənlərin də sayında azalma müşahidə olunar. Diqqətinizə onu da çatdıraq ki, daş karxanaları yay-qış demədən sərhasər çalışırlar. Həmçinin son günlərdə paytaxtımızda 40-42 dərəcə həddində anomal istilər hökm sürdü. Lakin həmin daş karxanaları fəaliyyətini yenədə davam etdirdi. Qizmar günəşin altında fəhlələrin əməyinin istismar edilərək çalışmaqları tələb olunurdu. Amma müəssisə rəhbərlərini 15 dəqiqə həmin günəşin altında saxlasan ürəyi tab gətirməz. Lakin fəhlələr bütün günü anomal istilərdə tər tökərək çörəyini daşdan çıxarmağa çalışırdılar. Ən azından bu heç bir vicdana sığmayan bir haldır. İşçilərin haqqının kobud şəkildə pozulması elə məhz budur. İnsanlar arasında bir ifadə var ki, filankəs çörəyini daşdan çıxarır. Həmin ifadə əbəs yerə yaranmayıb. Çörəy pulunu sözün əsl mənasında daşdan çıxardıqları məlum məsələdir. Min bir əzab əziyyətə qatlaşaraq halal zəhmətlə çörək pulunu daşdan çıxardıqları hər kəsə məlumdur. Daha önəmli məsələlərdən biri isə işçilərin əməkhaqqlarının ödənilməməsi halıdır. Əməkhaqqları vaxtı-vaxtında verilməyərək, gecikmələrlə zəhmət haqqını ödəyən daş karxanalarının rəhbərlərinin bu əməlləri olduqca yol verilməz haldır. Əgər müəssisənin ödəyəcək pulu yoxdursa nəyə görə fəaliyyəti davam etməlidir. Orada çalışanların da dolandırdaqları ailələri, uşaqları olduğunu fikirləşmək lazımdır. Onlar da insandır, əməyini istismar etdiyi azmış kimi hətda əməkhaqqınıda kəsən rəhbərlər etdiklərinin nələrə səbəb olduğunu düşünmürlər belə. Bu cür çalışmağa davam etmək çətin olduğundan fəhlələr 3-4 ay sonra işdən çıxmaq məcburiyyətində qalırlar. Daha doğrusunu desək başqa yerdə bina tikintisində çalışaraq fəhləlik etmək bu işdən qat-qat yaxşı işdir. Nəinki pulsuz, ağır əmək qarşılığında çalışmaq. İş rejiminə gəldikdə isə daş karxanalarında iş məhdududiyyəti yoxdur. Səhər saat 8-dən gecə 12-yə kimi çalışmaqla insanda nə can qalar, nə də dözüm. Lakin bir loxma çörək üçün bu zəhmətə qatlaşanlar hələdə var. Bir sözlə daş karxanalarında insanların əməyini istismar olunması ilə insan hüquqlarını kobud şəkildə pozulması müşahidə olunur. Sözü gedən daş karxanalarının ən çox fəaliyyət göstərdiyi müəssisə Qaradağ rayonu ərazisində yerləşən daş karxanalarıdır. Demək olar ki, bu rayonun fəaliyyəti ancaq daş karxanaları ilə məşğuldur. Həmçinin həmin daş karxanaları düzən əraziləri, sanki səhralığı xatırladır. Həqiqətəndə səhralıq kimi bir yerdə çalışmaq necə müşkül olduğunu görmək o qədərdə çətin deyil. Sonda üzümüzü aidiyyatı orqanlara tutaraq səslənmək istərdik. Həmin daş karxanalarındakı qanun pozuntularını nə vaxta qədər görməzdən gəlmək olar? Axı orda çalışanlar düşmənimiz deyil, öz xalqımızın vətəndaşlarıdır. Onların əməyinin istismarına göz yumulmamasını, bütün daş karxanalarına nəzarətin güclənməsini istərdik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.