Azərbaycanın gəlirləri son 7 ayda 12 milyard dollar azalıb

18-08-2016, 08:59           
Azərbaycanın gəlirləri son 7 ayda 12 milyard dollar azalıb
Bu ilin 7 ayının göstəricilərinə görə, ölkə iqtisadiyyatında böyük geriləmə qeydə alınıb. Bu barədə tanınmış iqtisadçı Nemət Əliyev Dövlət Statistika Komitəsinin məlumatları əsasında feysbuk səhifəsində qeyd paylaşıb.

“Yanvar-iyul aylarında ümumi iqtisadi gəlirlərimiz 12 milyard dollar və ya 37%-ə qədər azalıb. İtkilərin 68%-ə yaxını qeyri-neft sektorunda əmələ gəlib.

DSK-nın yaydığı məlumatların təhlili göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin ilk yeddi ayında Ümumi Daxili Məhsul istehsalı qeyri-neft sektorunda 40%, neft sektorunda 30% azalıb”, – deyə N.Əliyev yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru