“Mt. Gox” birjası oğurlanmış “Bitcoin” aktivlərini qurbanlara qaytarmağa başlayıb.
İndex.az xəbər verir ki, bununla da, “Bitcoin”in qiyməti cəmi bir gecədə 7 min dollardan çox ucuzlaşıb.
“Bitcoin” qiyməti yazda 74 min dollar səviyyəsinə yaxınlaşaraq yeni rekord qırarkən, bazarlar ETF təsdiqlərinin təsiri ilə yüksəlişin davam edəcəyini gözləyirdi.
2014-cü ildə hücuma məruz qalmış “Mt. Gox” birjasının dönüşü isə hər şey alt-üst etdi.
Qeyd edək ki, 2014-cü ildə birjaya edilmiş hücum zamanı 800 min “Bitcoin” oğurlanıb.
Ayın əvvəlində”Mt. Gox” birjasının dönüşündən sonra oğurlanmış “Bitcoin”lərin qurbanlara paylanacağı ilə bağlı gözləntilər artdı.
Bununla da, “Bitcoin” kəskin enişlər yaşamağa başladı və 20% azalaraq 70 min dollar səviyyəsindən 53 min 500 dollar səviyyəsinə düşdü.