Aqrar sığorta ödənişləri ikiqat artıb

6-07-2024, 15:34           
Aqrar sığorta ödənişləri ikiqat artıb
Bu ilin yanvar-may aylarında Aqrar Sığorta Fondu fermer və təsərrüfatlara 2 milyon 572 min manat ödəniş edib.

İndex.az Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

5 aylıq ödənişin 2 milyon 21 min manat əkin sahələri, 551 min manatı isə heyvandarlıq təsərrüfatları üzrə həyata keçirilib. Son 1 ildə əkin sahələri üzrə ödənişlər 2,7 dəfə, heyvandarlıq təsərrfatları üzrə ödənişlər isə 1,5 dəfə artıb.

Hesabat dövründə 8,75 milyon manat sığorta haqqı müqabilində 364 min hektar əkin sahəsi sığortalanıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 52,3 % çoxdur.

Ən çox sığortalanan əkinlər fındıq, çay, tütün, buğda, arpa, pambıq və qarğıdalı olub.

Bundan başqa, yanvar-may aylarında 659 min manat sığorta haqqı müqabilində 1 100 baş kənd təsərrüfatı heyvanı sığortalanıb. Bu müqavilələr üzrə fermerlərə 6 milyon 74 min manatlıq sığorta təminatı verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.