Ləl-Cəvahirat Fondunun yaranmasının 32 ili:Şaiyələr və reallıq

16-07-2024, 15:26           
Ləl-Cəvahirat Fondunun yaranmasının 32 ili:Şaiyələr və reallıq
Şaiyələr bu gün də dillərdə gəzməkdədir. Hətta deyirlər ki, Ləl-Cəvahirat Fonduna 1992-ci ildə 65 kq təmiz əyarlı qızıl verən Balakən sakininin adı və fonda yığılanlar 32 ildir müzakirə olunur.


Adalet.az xəbər verir ki, bu gün Azərbaycanda Milli Ləl-Cəvahirat Fondunun təsis edildiyi gündür. Milli Ləl-Cəvahirat Fondu Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 16 iyul tarixli 50 nömrəli fərmanına əsasən qymətli metalların, daş-qaşların və onlardan hazirlanmış məmulatın və digər əşyaların qəbulu, saxlanılması və uçotu üçün yaradılıb. Ə.Elçibəyin 1992-ci il 21 iyul tarixli sərəncamı ilə İskəndərov İsfəndiyar İskəndər oğlu Milli Ləl-Cəvahirat Fondu direktoru təyin etdi.
Milli Ləl-Cəvahirat Fondu Azərbaycan Respublikası Prezidentinin 20 avqust 1998-ci il 759 nömrəli fərmanı ilə ləğv edilib.

Qeyd edək ki, Azərbaycan mediasının diqqət mərkəzindən düşməyən Milli Ləl-Cəvahirat Fondu haqqında fikirlər hələki yekun bir nəticə ortaya qoymayıb Buna baxmayaraq mediamız yazır: Rəsmi şəxslərin dediyinə görə Fondda 2 -4 ton qızıl olub. Hətta sabiq deputat Fərəc Quliyev 9 ton olduğunu öz müshibəsində qeyd edir”.
Yeri gəlmişkən, Musavat.com 2010-cu il –də yazırdı: "Pənah Hüseyn Ləl-Cəvahirat Fondu ilə bağlı maliyyə nazirinin dediklərinə istinadən sensasion bir çıxış etdi. Yeri gəlmişkən, nazir Samir Şərifov demişdi ki, Azərbaycan qızıl ehtiyatı yaradır. Onun sözlərinə görə, 99.5 kiloqram həcmində ilk qızıl partiyası Azərbaycana daxil olub və saxlanmaq üçün Mərkəzi Banka verilib. O, yaxın vaxtda daha 100 kiloqram qızılın ölkəyə gətiriləcəyini vurğulayıb.

P.Hüseyn isə bununla bağlı Müsavat deputat qrupunun sorğusunu çatdırdı: “Nəzərinizə çatdırıram ki, 1992-ci il iyul ayının 16-da dövlət qızıl ehtiyatlarının yaradılmasını nəzərdə tutan Ləl-Cəvahirat Fondu haqqında prezident fərmanı verilmişdi. Mən 1993-cü ildə bizim hakimiyyət dövründə orda indi elan olunandan onlarla dəfə artıq miqdarda - dövlət sirri olduğu üçün dəqiq rəqəm səsləndirmirəm - antikvariat, qızıl toplanmışdı. Ona görə də biz dövlətə məxsus olan bu ehtiyatın taleyinin necə olduğunu, bunun kim tərəfindən sərf olunduğunu xalqa açıqlamağı xahiş edirik”.

Sayt daha sonra yazır:"Siyavuş Novruzov 1993-cü ildə Ləl-Cəvahirat Fondunun “süpürüldüyünü” iddia etdi. O, məsələni araşdırmaq üçün komissiya yaradılması təklifini verdi: “Araşdırma olsa, burda oturanların bir neçəsi cinayət məsuliyyətinə cəlb olunacaq”.

Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.