Dollarla bağlı VACİB MƏLUMAT...

Dünən, 07:03           
Dollarla bağlı VACİB MƏLUMAT...
Hazırda dünya iqtisadiyyatında ciddi rəqabət var. Xüsusilə də Çinlə Amerika Birləşmiş Ştatları arasında olan rəqabət daha böyükdür. Bəzi proqnozlara görə ABŞ Rusiya - Ukrayna müharibəsində istəyinə nail ola bilməsə və Çinlə rəqabətdə nisbətən geriyə qalsa dollar ucuzlaşa bilər. Dolların ucuzlaşması gözlənilirmi? sualı isə maliyyə dəyişiklərini izləyən vətəndaşlar üçün aktual mövzulardandır.

Qlobal iqtisadi proseslər, ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən qəbul edilən qərarlar, dünya bazarında neftin qiymətindəki dəyişikliklər və regional siyasi hadisələr dolların məzənnəsinə birbaşa təsir göstərir. Bu baxımdan dolların ucuzlaşıb-ucuzlaşmayacağı ilə bağlı proqnozlar həm yerli, həm də beynəlxalq ekspertlər tərəfindən maraqla izlənilir. Gələcək dövrdə baş verə biləcək valyuta dəyişikliklərini anlamaq üçün iqtisadi tendensiyalara nəzər salmaq vacibdir.

Mövzuyla bağlı iqtisadçı - alim Emin Qəribli REFERANS-ın suallarına açıqlama verib: Həmsöhbətimiz vurğulayıb ki, bu gün dolların ucuzlaşması aktual deyil. Amma istənilən ssenari ola bilər. Bu geniş bir mövzudur. ABŞ prezidenti Donald Tramp bu gün lazımı tədbirlər görür ki, Amerika iqtisadiyyatı güclənsin. Dollara gəldikdə isə dollardan imtina edə bilməz. Donald Tramp seçki qabağı kompaniyasında deyirdi ki, elektron pullara keçid baş verəcək, valyuta bazarlarını stimullaşdıracaq. Lakin hələlik görür ki, tariflə əlaqədar bu gömrük siyasətinə əsaslanıb. İndi isə deyə bilərik ki, elektron pulların buraxılması barədə heç bir məlumat yoxdur.

Ekspert hesab edir ki, hazırda dollarla bağlı narahatlıq yoxdur. Bundan başqa müsahibimiz onu da bildirib ki, bu gün ABŞ iqtisadiyyatı qətiyyən zəifləmir. Sonrakı dövrlərdə ola bilər ki, dəyişikliklər və fors - major hadisələr baş versin. Ancaq bu hadisə haqqında danışmaq hələ tezdir.

"İndi görürük ki, Donald Tramp maliyyə bazarlarına, xüsusən də pul siyasətinə dair heç bir addım atmayıb və hazırlıq görmür",- deyə Emin Qəribli əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.