Rusiyada 9 May paradları kütləvi şəkildə ləğv edilir - səbəb nədir?

Bu gün, 08:46           
Rusiyada 9 May paradları kütləvi şəkildə ləğv edilir - səbəb nədir?
Rusiya Federasiyasının bir neçə bölgəsində 9 May paradları keçirilməyəcək. Belə ki, Kursk, Belqorod, Bryansk və Lipetsk vilayətlərində paradlar tamamilə ləğv olunub.

Moderator.az xəbər verir ki, bu barədə hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, pilot-instruktor Roman Svitan bəyan edib. Məlumatı "glavred.info" nəşri yayıb.

Onun sözlərinə görə, paradların ləğvi yalnız təhlükəsizlik məsələləri deyil. Başlıca səbəblər bunlardır:

- Kremlin əsas diqqəti yalnız Moskvadakı parada yönələcək;

- Rusiyada paradlar üçün kifayət qədər hərbi texnika qalmayıb;

- İşğalçılar Ukrayna pilotsuz uçuş aparatlarının zərbələrindən ehtiyat edir.

Roman Svitanın sözlərinə görə, hazırda Rusiya bütün köhnə texnikasını Ukraynada cəbhəyə cəlb edib, yeni texnika isə yayda planlaşdırılan hücum əməliyyatlarına hazırlanır.

Buna görə də Rusiyada paradlar keçirmək üçün faktiki olaraq texnika yoxdur. Üstəlik, paradlarda istifadə olunacaq hərbi texnika da Ukrayna dronlarının hücum hədəfinə çevrilə bilər. Svitan qeyd edib ki, Kremlin bütün diqqəti yalnız Moskvadakı parada yönələcək və regionlarda böyük tədbirlər olmayacaq.

Onun sözlərinə görə, "istənilən meydanda qırmızı bayraqla qaçmaq onlar üçün "qələbə" sayılır. Lakin bütün diqqət Moskvadakı parada cəmlənəcək. Əslində, bizim də o tədbirdə iştirakımız lazım idi".

Rusiyanın 9 May planları - bəlli olanlar

Bundan öncə məlumat verilib ki, Kremlin 9 Mayda Avropa İttifaqından bir qonaq qəbul etməyə hazırlaşır. Slovakiya baş naziri Robert Fico xəbərdarlıqlara baxmayaraq Moskvaya səfər etməyi planlaşdırır.

Nəşr yazır ki, paraddan əlavə, Rusiya 9 Maya qədər Kursk vilayətini Ukrayna qüvvələrindən tam təmizləməyi planlaşdırır. Bunun üçün Sumı vilayətindən hücum əməliyyatı nəzərdə tutulur.

Lakin Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı İvan Stupak hesab edir ki, Rusiya ordusunun 9 Maya qədər cəbhədə əhəmiyyətli irəliləyiş əldə etməsi real görünmür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.